Millət vəkili: `Avropa Parlamentinin qərarı gülüncdür`

Millət vəkili: `Avropa Parlamentinin qərarı gülüncdür`
  11 Fevral 2014    Oxunub:931
Avropa Parlamenti Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7 deputatını cəzalandırmaq barədə müzakirələrə başlayıb.
Bunu AzVision.az-a şərh edən millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, “Avropa Parlamenti ötən ilin iyulunda qəbul olunmuş davranış kodeksini rəhbər tutaraq, Məşvərət Komitəsində Azərbaycanda prezident seçkilərini müşahidə edən seçkilər üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçi başda olmaqla daha 6 nəfərə qarşı sanksiyalar tətbiq edilməsi məsələsi təəccüb doğurur və gülüncdür”.

Millət vəkilinin fikrincə, deputatların davranış kodeksi əslində onların sərbəst fikir ifadə etmələrinə, hərəkət etmələrinə maneçilik törədilməsi üçün qabaqcadan hazırlanmış və düşünülmüş bir kodeksdir: “Bu, deputatların sərbəst fəaliyyətinə maneəçilik törədə bilən bir kodeksdir. Belə hesab edirəm ki, bugünki müzakirə Məşvərət Məclisində açılıb, bu müzakirə təkcə həmin deputatlara qarşı deyil, orada olan digər Avropa Parlamentinin deputatlarına da tətbiq edilə bilər. Bu baxımdan, inanıram ki, Avropa Parlamentinin digər üzvləri bu gün gülünc və təəccüb doğuran müzakirənin fonunda hər hansi bir ciddi qərar qəbul edilməsinin əleyhinə çıxacaqlar. Ona görə ki, heç bir Avropa Parlamentinin üzvü gələcəkdə bu cür kodeksin təsiri altına düşərək müzakirələrə səbəb olacaqlarından siğortalanmayıblar. Belə hesab edirəm ki, təkcə 7 deputata qarşı bu cür davranışın nümayiş etdirilməsi gələcəkdə digər deputatların da müəyyən ölkələr də haqqı və ədaləti dilə gətirilməsində onlara təsir forması kimi tətbiq edilə bilən bir haldırvə bu, yolverilməzdir”.

Komitə Azərbaycandakı seçkilərdə müşahidəçi olan deputatların barəsində rüşvət və qiymətli hədiyyələrin əvəzində seçkilərin “azad və ədalətli keçdiyinə” dair rəy hazırlamaqda günahlandırılır. Komitə həmçinin fransalı deputat Rəşidə Datinin də məsələsinə baxacaq.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti