"Ankara sammitində tarix yazılacaq" - Türkiyənin müdafiə naziri

"Ankara sammitində tarix yazılacaq" -    Türkiyənin müdafiə naziri
  19 İyun 2026    Oxunub:239
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada keçiriləcək NATO zirvə toplantısını “xüsusilə əhəmiyyətli” və “dönüş nöqtəsi” adlandırıb. O, Brüsseldə jurnalistlərlə söhbətində 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan Alyansın sammitinin hərbi-siyasi blokun dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmaq əzmi və gələcək üçün strateji vizion müəyyən edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Onun sözlərinə görə, Alyans hazırda tarixinin ən mürəkkəb təhlükəsizlik vəziyyətlərindən biri ilə üzləşir.
- Ənənəvi təhdidlərlə yanaşı, hibrid çağırışlar, kiberhücumlar, terrorizm və enerji təhlükəsizliyi riskləri də mövcuddur. Hazırkı vəziyyətdə Türkiyə NATO-nun təkcə coğrafi mərkəzlərindən biri deyil, həm də blokun strateji düşüncəsinin və əməliyyat potensialının ayrılmaz hissəsidir”, - deyə Gülər bildirib.

O, həmçinin Ankarada keçiriləcək NATO sammitini “Türkiyənin hərbi töhfəsinin, əməliyyat təcrübəsinin və potensialının təbii təzahürü” adlandırıb.

Nazir vurğulayıb ki, Türkiyənin məqsədi NATO daxilində birlik və həmrəyliyi gücləndirmək, Avro-Atlantik məkanında təhlükəsizliyə ortaq öhdəliyimizi vurğulamaq və Alyansı təhdidlərə daha yaxşı hazırlayacaq strateji bir vizyonun inkişafına töhfə verməkdir. Ankara sammiti tarixi olacaq, birlik və həmrəyliyi gücləndirəcək və Alyansın gələcəyi üçün yeni üfüqlər açacaq.

Rusiya ilə Ukrayna arasındakı müharibəni şərh edən Gülər qeyd edib ki, Moskva və Kiyev arasındakı qarşıdurma Avropa təhlükəsizlik arxitekturasına, enerji təhlükəsizliyinə, qlobal ticarət yollarına və NATO-nun təhlükəsizlik gündəliyinə birbaşa təsir göstərir.

“Münaqişənin əvvəlindən bəri Ankara bu məsələyə balanslı, prinsipial və konstruktiv yanaşma sərgiləyib. Türkiyə Montrö Konvensiyasını ciddi şəkildə tətbiq edir və Qara dəniz bölgəsi dövlətləri arasında əməkdaşlığa dəyər verir. Eyni zamanda, biz Qara dənizi Avro-Atlantik təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edirik”, - deyə o bildirib.


Teqlər: NATO   Türkiyə  



Xəbər lenti