Prezident Əli Həsənovun qardaşını təltif etdi

Prezident Əli Həsənovun qardaşını təltif etdi
  04 Oktyabr 2016    Oxunub:6973
Bu gün prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəisi Həsənov İlyas Şamil oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İlyas Həsənov Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qardaşıdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti