Zaqatalada 8 otaqlı ev yanıb

Zaqatalada 8 otaqlı ev yanıb
  05 Oktyabr 2016    Oxunub:1160
Zaqatalada yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 96 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti