DSX-nın təlimləri Türkiyə mediasında

DSX-nın təlimləri Türkiyə mediasında
  12 Oktyabr 2016    Oxunub:2681
Ötən həftə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Xəzər dənizində keçirilən möhtəşəm təlimlər Türkiyə mediasının diqqətinə səbəb olub.
AzVision.az xəbər verir ki, sözügedən təlimlər Türkiyə KİV-lərində geniş işıqlandırılıb. “Türkiyə Radio və Televiziyon Kurumu”-na daxil olan telekanallarda təlimlərdən bəhs edən süjet yayımlanıb. Xüsusən Türkiyə ilə yanaşı Yaxın Şərq ölkələri və bir sıra digər dövlətlərdə yayımlanan “TRT Haber” kanalı sözügedən təlimlərlə bağlı tamaşaçılara geniş vidoematerial təqdim edib.

Dünyanın əksər ölkələrində geniş oxucu kütləsinə malik olan “Anadolu Ajansı” isə öz rəsmi saytında təlimlərdən bəhs edən videosüjet, fotolar və məqalə dərc edib. Bununla yanaşı qardaş ölkənin məşhur “haberler.com”(https://azvision.az/redirect.php?url=http://www.haberler.com/azerbaycan-dan-hazar-da-tatbikat-8844465-haberi/), “timeturk.com” (https://azvision.az/redirect.php?url=http://www.timeturk.com/azerbaycan-dan-hazar-da-tatbikat/haber-323865), “haberlerdenvar.com” (https://www.haberlerdenevar.com/haberdetay/625009/Hazar-Denizi-nde-tatbikat--haberi), “haber24.com” (https://azvision.az/redirect.php?url=http://www.haber24.com/azerbaycan-dan-hazar-da-tatbikat-haberi-1723460), “memleket.com.tr (https://azvision.az/redirect.php?url=http://www.memleket.com.tr/azerbaycandan-hazarda-tatbikat-963032h.htm), “sonhaberler.com” (https://azvision.az/redirect.php?url=http://www.sonhaberler.com/genel/azerbaycandan-hazarda-tatbikat-h168624.html), “trthaber.com” (https://azvision.az/redirect.php?url=http://www.trthaber.com/foto-galeri/azerbaycandan-hazarda-tatbikat/12409.html%3C/a%3E), “arti49.com“(https://azvision.az/redirect.php?url=http://www.arti49.com/azerbaycandan-hazarda-tatbikat-592271h.htm) və “gazetevatan.com“ (https://azvision.az/redirect.php?url=http://www.gazetevatan.com/hazar-denizi-nde-tatbikat--993932-dunya/) saytlarının təlimlər barədə xəbərləri türkiyəli oxucuların diqqətinə çatdırılıb.

Qardaş ölkə jurnalistləri sözügedən təlimlərin möhtəşəmliyindən ağız dolusu danışıb və Azərbaycanı Qafqazın lider dövləti olduğunu vurğulayıblar. Türkiyə vətəndaşları isə sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin təlimləri barədə fikirlərini bölüşərək, Azərbaycanın bu uğurundan qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, 2016-cı il 5-8 oktyabr tarixlərində “Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyitlarının aparılması və aşkar olunmuş terror-təxribat qüvvələrinin zərərsizləşirilməsi” mövzusunda taktiki təlimlər keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti