II Avropa Oyunları Belarusda keçiriləcək - Qərar
AzVision.az “BELTA”-ya istinadən xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.
50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Avropa Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda təşkil olunub.
Eldar Tanrıverdiyev
AzVision.az