`İran və Ermənistan Azərbaycandan qorxur` - Partiya sədri

`İran və Ermənistan Azərbaycandan qorxur` - Partiya sədri
  21 Dekabr 2016    Oxunub:5091
“İran və Ermənistanı bir-birinə bağlayan onların strateji hədəfidir. Bu ölkələr bölgədə güclü türk-Azərbaycan dövlətinin mövcud olmasından narahatdır”.
Bu fikirləri AzVision.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İran və Ermənistan münasibətlərindən danışarkən deyib.

Partiya sədri vurğulayıb ki, İran Azərbaycanın güclənməsini özünə təhdid olaraq qəbul edir və qorxur: “Şimali Azərbaycan dövlətinin möhkəmlənməsi İranın gələcəyini təhdid edir. Çünki, orada 30 milyondan artıq azərbaycanlı yaşayır və Azərbaycan torpaqlarının böyük əksəriyyəti hazırda İranın sərhədləri daxilindədir. İstər-istəməz bu hal İranın gələcəyini şübhə altına alır. Çünki, bu birləşmiş vahid Azərbaycanın Qafqaz ölkələri arasında üstün gücə malik olmasına gətirib çıxara bilər. Bu isə nə İranın, nə Ermənistanın, nə də Gürcüstanın maraqlarına uyğun gəlir. Baxmayaraq ki, müxtəlif dinlərə qulluq edirlər bu strateji hədəf İran və Ermənistanı birləşdirir. Ona görə də İran və Ermənistan Azərbaycana münasibətdə strateji müttəfiqdir”.

İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə gəlincə, S.Cəlaloğlu bildirib ki, bu səfərin məqsədi Azərbaycana siyasi mesaj verməyə hesablanıb: “Bu səfər Azərbaycana siyasi mesajdır. Ermənistanın İran üçün elə bir strateji əhəmiyyəti yoxdur. Əksinə Ermənistanın İrandan böyük asılılğı var. Bu gün Həsən Ruhani ora getməklə İsrail baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri, İsraillə bağlı apardığımız siyasətlə bağlı bir növ Azərbaycana siyasi mesaj vermək niyyətindədir”.



Partiya sədri bildirib ki, İran İsrailin Azərbaycana silah satmasından narahatdır: “Bu, heç bir dövləti, o cümlədən İranı narahat etməməlidir. Azərbaycan istədiyi ölkədən silah ala bilər. İran üçün nə fərqi var? Bu silah İranda istehsal edilmirsə, İsrail onun silah bazarına daxil olmursa, ticarət nöqteyi-nəzərindən narahatlıq yaratmamlıdır. Onsuz da İran Azərbaycan silah satmır. Sadəcə İran ondan narahatdır ki, Azərbaycan İsrail əlaqələri ona qarşı istifadə edilə bilər. Yəni, narahatlıqları bur məsələdən qaynaqlanır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti