Zeynəb Xanlarova ad gününü Londonda qeyd edir - FOTO

Zeynəb Xanlarova ad gününü Londonda qeyd edir - FOTO
  28 Dekabr 2016    Oxunub:33705
Bu gün “Dünyanın Zeynəbi” kimi adı dillərdə nəğməyə çevrilən Xalq artisti Zeynəb Xanlarovanın 80 illik yubileyidir.
Xalq artistinin yaxınlarının AzVision.az-a verdiyi məlumata görə, Zeynəb Xanlarova doğum gününü ölkədən kənarda qeyd edəcək.

“Zeynəb xanım doğum gününü Londonda qeyd edəcək. O, ailəsi ilə birlikdə İngiltərəyə gedib. Xanım ad günlərini xaricdə qeyd edir. O, Dövlət Televiziyasının bayram tədbirində iştirak edib. Doğum günü ilə bağlı xalq artistinin konserti telekanallarda yayımlanacaq. Zeynəb xanım hər zaman olduğu kimi bu dəfə də doğum gününü ailəsi ilə birlikdə qeyd edəcək. O, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili də xaricdə qeyd edəcək. Yanvarın ikinci həftəsində ölkəyə qayıdacaq”,- deyə Xalq artistinin yaxınları bildirib.

Qeyd edək ki, dekabrın 26-da prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq Artisti Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edib.

AzVision.az kollektivi adından Zeynəb Xanlarovanı doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirik.



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti