Səngəçalda partlayan qaz kəməri təmir olunur
Qeyd olunub ki, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1 000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.
Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.
AzVision.az