Salyan sakini 500 manat borca görə canına qıydı

Salyan sakini 500 manat borca görə canına qıydı
  13 Yanvar 2017    Oxunub:2049
Dünən 500 manat borca görə intihara cəhd etmiş 2 uşaq atası, 38 yaşlı Salyan şəhər sakini Kərimov Vasif Elmirəvan oğlu yerləşdirildiyi Salyan Rayon Mərkəzi Xəstəxanasında bu gün axşam saatlarında dünyasını dəyişib.

AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, xatırladır ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 51-də yaşayan Vasif Kərimov sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti, həkimlərin bildirdiyinə görə, kritik olub. Belə ki, turşu V. Kərimovun daxili orqanlarını parçalayıbmış.

Xəstənin yaxınlarının saytımıza bildirdiyinə görə, hələlik Vasifin nə səbəbdən intihara cəhd etdiyi dəqiq bilinməsə də, o, xəstəxanaya gətirilərkən yolda 500 manat borcu olduğunu deyib. İki azyaşlı uşaq atası olan Vasif Kərimov ailəsini şadlıq evlərində ofisiantlıq edərək dolandırırmış.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti