Yaşasaydı 23 yaşı olacaqdı - Aprel şəhidi fotolarda

Yaşasaydı 23 yaşı olacaqdı - Aprel şəhidi fotolarda
  13 Yanvar 2017    Oxunub:15572
Bu gün aprel döyüşlərində şəhid olan Fəxrəddin Qurbanlının doğum günüdür.
AzVision.az-ın məlumatına görə, əsgər Fəxrəddin Qurbanlı 13 yanvar 1994-cü ildə Bakı şəhərində anadan olub. F.Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurub və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yola düşüb.



O, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. 2016-cı ilin aprelin 9-da şəhid əsgərimiz Bakı şəhərində son mənzilə yola salınıb.

Fəxrəddin Qurbanlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.











Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti