Keçmiş məhkumdan 25 kq narkotik götürülüb

Keçmiş məhkumdan 25 kq narkotik götürülüb
  13 Yanvar 2017    Oxunub:1386
Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron rayon sakini Sadiq Novruzov da müəyyən edilərək tutulub. Ondan 654 qram tiryək götürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti