Xırdalanda 6 otaqlı ev yanıb

Xırdalanda 6 otaqlı ev yanıb
  19 Yanvar 2017    Oxunub:1115
Xırdalanda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m2 sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti