İsmayıllıda ağır qəza, sürücü öldü

İsmayıllıda ağır qəza, sürücü öldü
  20 Yanvar 2017    Oxunub:1761
İsmayıllıda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü həlak olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İsmayıllı-Bakı yolunun 4-cü kilometrliyində, İsmayıllı rayonu ərazisində VAZ markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.

“Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlunun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:20-də başa çatıb”, - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti