Sabirabadda 6 otaqlı ev yanıb

Sabirabadda 6 otaqlı ev yanıb
  20 Yanvar 2017    Oxunub:1130
Sabirabadda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin 1 otağının dam örtüyü və tavanı 20 m² sahədə və mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti