Şəmkirdə qadınlar arasında dava - Biri xəstəxanalıq oldu
Rayonun Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Məleykə Hüseynova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
M. Hüseynovaya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın başqa qadınla dava zamanı döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)
AzVision.az