Tovuzda ağır yol qəzası, yaralanan var
Markası hələlik məlum olmayan iki avtomobilin toqquşması nəticəsində rayon sakini, 34 yaşlı Xəyal Qəhrəmanov xəsarət alıb. O, ətrafdakıların köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az