AKP-nin binasını atəşə tutan terrorçu öldürüldü
Məlumata görə, terrorçu saxlanılan zaman müqavimət göstərib və atışma zamanı məhv edilib. B. Karpat Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəli terrorçular siyahısında yer alıb və başına 300 min lirə mükafat qoyulub.
Xatırladaq ki, bu gün polis İdarəsi və Ədalət və İnkişaf Partiyasının İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutmaqda şübhəli bilinən DHKP/C terror təşkilatının digər üzvü Şerif Turunc saxlanılıb.
AzVision.az