Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələyib

Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələyib
  23 Yanvar 2017    Oxunub:1769
Göyçayda 11 yaşlı uşaq güllələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan 11 yaşlı Ə. Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılan atəşlə qonşusu, həmyaşıdı F. Nəzərov yaralanıb. F. Nəzərov xəstəxanaya yerləşdirilib.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti