Bakıda ev yanıb, xəsarət alan var
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 45 m2 sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az
Teqlər: