Bakıda qadınları şantaj edən dəstə tutuldu

Bakıda qadınları şantaj edən dəstə tutuldu
  26 Yanvar 2017    Oxunub:1743
Bakıda qadınları şantaj edərək onlardan pul alan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən paytaxt sakinləri Ceyhun Həmidov, Ədil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və qardaşı Tural tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti