Prezident pensiya ilə bağlı Milli Məclisə layihə göndərib

Prezident pensiya ilə bağlı Milli Məclisə layihə göndərib
  26 Yanvar 2017    Oxunub:8618
Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Komitə sədri bildirib ki, layihə İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında bir daha müzakirəyə çıxarılacaq.

H.Rəcəbli qeyd edib ki, qanun layihəsi prezidentin imzası ilə Milli Məclisə daxil olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti