Zaqatala 3 otaqlı ev yanıb

Zaqatala 3 otaqlı ev yanıb
  29 Yanvar 2017    Oxunub:1425
Zaqatala rayonunda yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti