Yenə qar yağacaq, yollar buz bağlayacaq
Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 1-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarına gəlincə, hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
AzVision.az
Teqlər: