Goranboyda partlayış olub, 3 nəfər xəsarət alıb
![Goranboyda partlayış olub, 3 nəfər xəsarət alıb Goranboyda partlayış olub, 3 nəfər xəsarət alıb](https://azvision.az/photos/qeza azvision fonnn.jpg)
Hadisə rayonun Quşçular kəndində baş verib. Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1989-cu il təvəllüdlü Vəfa Məmmədova və onun övladları - Filiz Məmmədova və Kənan Məmmədov yanıq xəsarətləri alıblar.
V. Məmmədova Gəncədəki xəstəxanaların birinə, övladları isə paytaxtdakı tibb müəssisəsinə göndərilib. (Apa)
AzVision.az