Bakıda zəncirvari qəza - 9 yaralı var
Rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və 1 yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır.
Digər nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı, 1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Qəza zamanı 1980-ci il təvəllüdlü Abdullayev Rasim Əhməd oğlu, 1996-cı ildə anadan olmuş Rzayev Kamran Dilqəm oğlu, həmçinin 1971-ci il təvəllüdlü Verdiyev İlham Məhəmməd oğlu da xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. (Report)
AzVision.az