Biləsuvarda qardaş qardaşı qətlə yetirdi
![Biləsuvarda qardaş qardaşı qətlə yetirdi Biləsuvarda qardaş qardaşı qətlə yetirdi](https://azvision.az/photos/tufeng-atesh.jpg)
İlkin məlumata görə, həmin kəndin sakini, 29 yaşlı Adil Alim oğlu Əliyev qardaşı tərəfindən güllə ilə vurularaq qətlə yetirilib. Digər kənd sakini, 25 yaşlı Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Report)
AzVision.az