Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
  02 Fevral 2017    Oxunub:1505
Bakıda mənzildə meyit tapılıb.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1957-ci il təvəllüdlü Həsənov Rəfail Əbdülhəsən oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti