Xaçmazda 6 otaqlı ev yanıb

Xaçmazda 6 otaqlı ev yanıb
  03 Fevral 2017    Oxunub:1414
Xaçmazda 6 otaqlı evdə yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ortaoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 150 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti