59 yaşlı kişi yanaraq öldü

59 yaşlı kişi yanaraq öldü
  04 Fevral 2017    Oxunub:1506
Fevralın 3-də saat 21 radələrində Xırdalan şəhərinin Quşçuluq yaşayış sahəsində yaşayan 59 yaşlı Faiq Yusifovun evində yanğın baş verib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə 16 kvm. sahədə evin konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra F.Yusifovun yanmış meyidi mənzildən tapılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti