Ər arvadını döyərək öldürdü - 3 uşaq yetim qaldı
Hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova Dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.
Qətlə yetirilən qadın 3 övlad anası olub.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. (APA)
AzVision.az