Qazaxda baba 7 yaşlı nəvəsini güllələdi

Qazaxda baba 7 yaşlı nəvəsini güllələdi
  07 Fevral 2017    Oxunub:1801
Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib.
AzVision.az -ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib. Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti