8 otaqlı evdə yanğın olub
![8 otaqlı evdə yanğın olub 8 otaqlı evdə yanğın olub](https://azvision.az/photos/2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-640.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli kürsülü 8 otaqlı evin 1 otağının və mətbəxinin yanar konsturksiyaları 25 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 15 m2 sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az
Teqlər: