Bakıda avtomobil yanıb
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az