Qaynı ilə oğurluq edən yeznə tutuldu - Video
İsa İsmayılov - Saxlanılan şəxs: "Açarların yerini bilib, girmişik içəri. Əşyalarda yeməli şeylər qənd, çay, şəkər tozudur. Gətirmişik yemişik".
Ramil Tanrıverdiyev - Saxlanılan şəxs: "İsaya dedim ki, maqazin var gedək ora oğurluq edək. Getdik reşotkanı qırıb, plastik qapını açıb girdik içəri".
Saxlanılan şəxslər mağaza sahibinə ümumilikdə 3 min manatdan artıq ziyan vurublar. İstintaq zamanı onların digər oğurluq faktlarının da üstü açılıb. Belə ki, qohumlar müxtəlif yerlərdən tikinti avadanlıqları, velosiped, eyni zamanda paltar oğurlayıblar.
Ramil Tanrıverdiyev - Saxlanılan şəxs: "İpdə görüb götürmüşük. Böyük paltarı, uşaq paltarı gətirmişik evə". Faktlarla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.
AzVision.az
Teqlər: