Şahin Zəkizadənin vəziyyəti ağır olaraq qalır
Bunu AzVision.az-a xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə deyib.
“Şahinin vəziyyəti stabil ağır olaraq qalır. Müalicəsini reanimasiya şöbəsində davam etdirir. Göydə Allah və dəyərli dostlarımızın dualarına ehtiyacımız var”.
Qeyd edək ki, ötən gün bəzi KİV-lərdə rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılmışdı.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: