Rusiyada axtarılan şəxs Sumqayıtda tutuldu

Rusiyada axtarılan şəxs Sumqayıtda tutuldu
  18 Fevral 2017    Oxunub:1787
Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı və 264-cü maddələri (nəqliyyat vasitəsinin qaçırılması, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozma) ilə axtarışda olan Natiq Qulamov DİN-in Baş Əməliyyat və Statistik İnformasiya və Baş Mühafizə idarələrinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-yə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti