Bakıda iki gündə 17 dilənçi saxlanılıb

Bakıda iki gündə 17 dilənçi saxlanılıb
  20 Fevral 2017    Oxunub:1454
Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 18-də Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.

Fevralın 19-da isə paytaxtın Nərimanov, Yasamal və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti