Direktorun öldüyü qəzanın görüntüləri yayıldı - Video
![Direktorun öldüyü qəzanın görüntüləri yayıldı - Video Direktorun öldüyü qəzanın görüntüləri yayıldı - Video](https://azvision.az/photos/ektebqez22.jpg)
Zərbə güclü olduğundan yük maşını yolun kənarına aşıb, minik avtomobili isə yararsız hala düşüb. Qəza nəticəsində “BMV”-nin sürücüsü, Ocaqlı kənd sakini Mirəhməd Ağayev və onun həmkəndlisi Şakir Babayev hadisə yerində dünyasını dəyişib.
Qəza zamanı dünyasını dəyişən Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru idi. Yük maşınının sürücüsü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq qəzaya səbəb, buz bağlayan yolun sürüşkən olması göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
AzVision.az
Teqlər: