Ağdamda məsciddən oğurluq edilib
![Ağdamda məsciddən oğurluq edilib Ağdamda məsciddən oğurluq edilib](https://azvision.az/photos/Ağdamda%20məsciddən%20oğurluq%20edilib.jpg)
Hadisə rayonun Xındırıstan kənd məscidində qeydə alınıb. Məscidə pəncərədən daxil olan şəxs və ya şəxslər oradan 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlayıblar.
Hadisə yerində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma başlanıb. (Apa)
AzVision.az
Teqlər: