Ziya Bünyadovun ölümündən 20 il keçir
![Ziya Bünyadovun ölümündən 20 il keçir Ziya Bünyadovun ölümündən 20 il keçir](https://azvision.az/photos/ZiyaBunyad8.jpg)
Qeyd edək ki, Ziya Bünyadov 1923-cü il, dekabrın 21-də Astara şəhərində anadan olub. Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsil alıb. II dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il, fevralın 27-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Z.Bünyadov xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biridir. 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü, 1981-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı olub. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixçilərin yalançı iddialarını faktlarla ifşa edib.
O, 1997-ci il fevral ayının 21-də işdən çıxıb evinə gedərkən yaşadığı binanın blokunda qətlə yetirilib.
AzVision.az
Teqlər: