Lerikdə qar uçqunu - Bir ailənin 4 üzvü öldü (Yenilənib)
Hadisə nəticəsində ev sahibi Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb.
“Qar uçqunu evin yaşayış olan hissəsinə düşüb. Həmin vaxt evdə qayınana, gəlin və 3 azyaşlı uşaq olub. Azyaşlı uşaqlardan birinin vəziyyəti kafi qiymətləndirilir. Digərləri isə dünyasını dəyişib”.
***
Lerik rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsindən AzVision.az-a bildirilib ki, yollar bağlı olduğundan hadisə yerinə getmək mümkün deyil:
“Traktorlar yolları qardan təmizləyirlər. Uşağın vəziyyəti ağırdır. Kənddəki tibb işçisi hazırda onun yanındadır. Əlindən gələn köməkliyi edir. Yollar təmizlənən kimi hadisə yerinə gedəcəyik”.
***
Hazırda hadisə yerində olan tibb işçisi Savalan Mikayılov AzVision.az-a deyib ki, uşağın vəziyyəti normaldır. “1 yaş yarımlıq uşaqdır. İlkin müayinə zamanı səhhəti üçün ciddi problem görmədim. Amma daxildə deyə bilmərəm. Müayinə olunmalıdır. Təcili yardım maşınını gözləyirik”.
Aytən Zəhra
AzVision.az
Teqlər: