`Avropa ölkələrinin diqqəti Azərbaycandadır` - Nazir

`Avropa ölkələrinin diqqəti Azərbaycandadır` - Nazir
  23 Fevral 2017    Oxunub:2113
"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. Nazirin sözlərinə görə, bu gün elə ölkə yoxdur ki, bu layihə haqqında məlumatı olmasın.

“Avropa ölkələrinin diqqəti Azərbaycandadır. "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan dövləti tərəfindən, prezidentin təşəbbüsü ilə reallaşdırılır. Bu ideya Avropa Komissiyası tərəfindən yüksək səviyyədə dəstəklənib. Bir neçə ildir ki, layihə həyata keçirilir”.

N.Əliyev bildirib ki, dünyanın iqtisadi böhranla üzləşdiyi zamanda bu layihənin keçirilməsi böyük səylər tələb edir: “Bugünkü iclasda biz layihə rəhbərlərinin layihənin gedişi barədə çıxışını dinlədik. Dünya bankları layihəhə maraq göstərir və maliyyələşdirilməsinə yardım edəcəklər”.

"Cənub Qaz Dəhlizi" layihəsinin ümumi dəyəri 40 mlrd. ABŞ dollarını keçib deyən nazir əlavə edib ki, layihənin maliyyələşdirilməsində problem olmayacaq: "Bu toplantıda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya (EIB), Asiya İnkişaf Bankı (AIB) və başqa maliyyə institutlarının nümayəndələri iştirak edib və onlar da bu layihəyə davamlı dəstək göstərəcəklərinin bildiriblər".

Nazir bildirib ki, Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər açır: “Layihənin iştirakında maraqlı olan ölkələrin sayı artır. 2019-cu ilin sonunda bu birləşmə hazır olacaq. Yunanıstan ərazisindən Bolqarıstana kəmər uzanacaq. Bu ölkələr "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər. Bu isə "Cənub Qaz dəhlizi" layihəsi üçün yeni bir perspektivlər, yollar açır", - deyə nazir vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti