Lerikdəki uçqunla bağlı rəsmi məlumat

Lerikdəki uçqunla bağlı rəsmi məlumat
  24 Fevral 2017    Oxunub:1346
Daxili İşlər Nazirliyi (DİN) Lerikdə baş verən qar uçqunu ilə bağlı məlumat yayıb.
AzVision.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 23-də saat 12.00 radələrində rayonun Orand kəndində yaşayan Əhliman Mustafayevin 3 otaqlı evi hündürlüyü 7 metr olan qar uçqununun altında qalıb və nəticədə evin 1 otağı dağılıb.

Həmin otaqdan Ə.Mustafayevin arvadı Şövkətin, gəlini İlahənin, körpə nəvələri Zəhranın və Uğurun meyitləri çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti