`Xocalı - gözlərdə donan tarix` - FOTOLAR

`Xocalı - gözlərdə donan tarix` - FOTOLAR
  25 Fevral 2017    Oxunub:11266
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Xocalı - gözlərdə donan tarix” fotosərgisi açılıb. Sərgi Xocalı faciəsinin 25 illiyinə həsr edilib.

Qoşa qala qapısı meydanında, açıq havada təşkil olunan fotosərgidə faciəni yaşamış, bu faciədə həyatlarını itirmiş insanların doğmalarının portretləri nümayiş olunur. Fotosərgidə müxtəlif yaş hədlərində olan 40 nəfərin portreti yer alıb.

Fevralın 26-dək davam edəcək fotosərgidə nümayiş olunan hər bir portretin üzərində hadisənin şahidi olan qəhrəmanın videomüsahibə zamanı danışdıqları Azərbaycan və ingilis dillərində yazılıb.

Tanınmış simalar, əcnəbi turistlər sərgiyə baxmaq üçün “İçərişəhər”ə üz tuturlar.













































Foto: Elvin Abdulla
AzVision.az


Teqlər:





Xəbər lenti