Salyanda faciə: Ər və arvad yanaraq öldü

Salyanda faciə: Ər və arvad yanaraq öldü
  26 Fevral 2017    Oxunub:2095
Salyanda yanğın hadisəsi olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan rayonu Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:14-də söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti