Goranboyda yanğın olub

Goranboyda yanğın olub
  26 Fevral 2017    Oxunub:1538
Goranboyda avtomobil təmiri sexi yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Nadirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 70 m2 sahədə yanıb.

Sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti