Qazaxıstana metadon aparan şəxs tutuldu
Faktla bağlı izahatında adı çəkilən vətəndaş bildirib ki, şüşə qabda olan mayeni və həbləri müalicə məqsədilə İran İslam Respublikasının Qorqan şəhərində alıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində "Methadone 25" sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin ümumi təmiz çəkisi 0,3 qram təşkil edir. Üzərində "200" rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb isə tramadol həbləridir və onlarda təsiredici maddənin miqdarı isə 7,8 qram təşkil edir.
Xatırladaq ki, metadon "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına, tramadol isə "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.
AzVision.az
Teqlər: