“Təəssüf ki, övladını görə bilmədi” – Şəhidlərimizin FOTOLARI
Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevdir. Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladı var.
Həmin gecə şəhid olmuş digər hərbi qulluqçumuz Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu olub.
Daha bir şəhidimiz Ağdam rayonu, Mərizli kənd sakini Qədimov Zülfü Rəhim oğludur.
Şəhid hərbçimiz Nəzərov Şahlar Yaşar oğlu Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Qohumlarının saytımıza verdiyi məlumata görə, Şahlar Yaşarovun əmiləri də hərbçi olub.
“Şahlar Yardımlı rayonu Peştəsər kəndində yaşayırdı. Onun şəhid olması barədə xəbəri bu gün səhər saatlarında eşitdik. Şahlar yaxşı oğlan idi. Vətəni canından çox istəyirdi. Onun əmiləri də hərbçi olub. Şahlar ötən ilin avqust ayında ilə həyatı qurmuşdu. Bir-iki aydan sonra onun övladı dünyaya gələcək. Təəssüf ki, o, övladını görə bilmədi. Şahların atası xəstədir”- şəhidin qohumları deyib.
AzVision.az