Şəhidlərimiz son mənzilə yola salındı - FOTO

Şəhidlərimiz son mənzilə yola salındı - FOTO
  28 Fevral 2017    Oxunub:14046
Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçu Şahlar Yaşar oğlu Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub. Bu barədə AzVision.az-a kəndin İcra nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Ötən il ailə həyatı quran şəhid Ş. Nəzərov Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhid yaşasaydı, yaxın günlərdə ata olacaqdı.

Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayev də doğulduğu kənddə torpağa tapşırılıb.

Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladı var.

Allah rəhmət eləsin!



Hafiz Əhmədov
AzVision.az


Teqlər: Şəhid   Ordu   Qarabağ  



Xəbər lenti